DÜNYA

14 Sentyabr

Əfqanıstana 1 mld dollardan çox vəsait ayrılacaq

Əfqanıstan üzrə beynəlxalq konfransın iştirakçıları ölkə əhalisinə humanitar yardım üçün 1,1 milyard dollardan artıq vəsait ayıracaqlarına söz veriblər.

Fins.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterriş bildirib.

“Bu konfrans Əfqanıstan xalqı ilə həmrəylik baxımından mənim gözləntilərimi tam doğrultdu”, - Baş katib brifinqdə deyib.

Onun sözlərinə görə, konfransın işində onlarla ölkə hökuməti ilə yanaşı, QHT və beynəlxalq təşkilatlar da iştirak edib.

Quterriş Əfqanıstan əhalisinə humanitar yardım mexanizminin tətbiqi ilə bağlı beynəlxalq birliyin səylərindən razı qaldığını bildirib.