DÜNYA

13 Sentyabr

Özü də bilmədən kosmetik vasitəni reklam etdi -REKORD SATIŞ

Pop qrupu BTS-in üzvü, Cənubi Koreyanın pop musiqiçisi Taehyung-un, ISOI adlı bir Koreya kosmetika markasının məhsulunu dodağına sürtdüyü videonun sosial mediada yayılmasının ardından şirkətin anbarlarında həmin məhsul qısa müddət ərizndə tükənib. 

Fins.az xəbər verir ki, marka sosial mediada sənətçiyə təşəkkür edib.

Bunu fərq edən pərəstişkarlar məhsulun markasını və modelini tapıb internet saytlarından satın almağa başlayıb. Markanın adının forumlarda və sosial media səhifələrində yayılmasının ardından məhsullar qısa müddət ərzində satılıb.

Satışların ardından, yerli bir marka olan ISOI musiqiçiyə təşəkkür edib. Mövzu ilə əlaqədar açıqlama edən şirkət, satışlarındakı ani kəskin artım qarşısında şok olduqlarını bildirib.

Xaricdəki satış saytlarının anbarlarında tükənən məhsulun Koreyada hələ satışı var.