DÜNYA

13 Sentyabr

İran və İraq arasında vizasız gediş-gəliş tətbiq ediləcək

İraqın Baş naziri Mustafa əl-Kazımi İrana rəsmi səfəri çərçivəsində ölkə prezidenti İbrahim Rəisi ilə görüşüb.

Görüşdən sonrakı mətbuat konfransında İraq hökumət başçısı ölkələrin qarşılıqlı olaraq viza tələbini aradan qaldırdıqlarını bəyan edib.

Kazımi builki Ərbəin səfəri üçün daha çox ziyarətçini qəbul edəcəklərini bildirib.

Həmçinin, tədbir zamanı Bəsrə-Şələmçə dəmir yol xətti lahiyəsi icrasının sürətləndiriləcəyi vurğulanıb.

Qeyd edək ki, İranla İraq 1400 km-lik ortaq sərhəd xəttinə malikdir. Vizasız səyahət təklifi bir müddət öncə rəsmi Tehran tərəfindən irəli sürülsə də, Bağdad təklifi qəbul etməmişdi.