Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Al Nəhyan arasında telefon danışığı olub.
Bu barədə Fins.az “Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Türkiyə ilə BƏƏ arasında ikitərəfli münasibətlərin vəziyyəti, həmçinin regional problemlər müzakirə olunub.
BƏƏ-nin WAM informasiya agentliyinin məlumatına görə, tərəflər ikitərəfli münasibətlərin perspektivləri, onların möhkəmləndirilməsi və inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər qarşılıqlı maraq doğuran, eləcə də regional və beynəlxalq məsələləri müzakirə ediblər