Avropa İttifaqı ölkələrində vaksinasiya olunanların sayı 244.5 milyon nəfərə çatıb.
Bu barədə İttifaqın xəstəliklərə nəzarət və profilaktika mərkəzindən məlumat yayılıb.
Bildirilib ki, yetkin əhalinin 66.8%-nin peyvəndlənməsi artıq başa çatıb.
Qeyd edilib ki, hazırda vaksinasiya səviyyəsinə görə Malta (90.3%), İrlandiya (85.5%) və Danimarka (83.5%) Aİ ölkələri arasında liderdir.