DÜNYA

20 Avqust

Apple yenidən ofisinə qayıdır

Apple, ofisə qayıtmağı ən erkən yanvar ayına qədər təxirə salıb,çünki delta ştamı yenidən epidemiya ilə bağlı narahatlıq yaradıb. 

Fins.az xəbər verir ki, daha əvvəl sentyabr ayında geri dönməyi hədəfləyən şirkət bu tarixi oktyabr ayına təxirə salıb.

Apple Inc İşçilərinə göndərdiyi bildirişdə, əvvəllər oktyabr olaraq planlaşdırılan ofisə qayıdış tarixinin, artan Kovid-19 yoluxmaları və yeni variantlar səbəbiylə ən qısa müddətdə yanvar ayına geri çəkildiyini açıqlayıb. 

İlk növbədə sentyabr ayında geri dönməyi hədəfləyən texnologiya nəhəngi, daha sonra bu tarixi oktyabr ayına qədər uzatdı. Apple, işçilərinin həftədə üç gün ofisində işləyəcəyini düşünüb.

Artan Delta məhdudlaşmaları
Delta əsaslı məhdudiyyətlər Asiya-Sakit Okean ölkələrində getdikcə daha çox yayılır. Avstraliya, ən böyük şəhəri Sidneydə iki aylıq bağlanma tədbirlərini uzadıb. Yeni Zelandiya da milli karantinin dörd gün uzadılmasına qərar verib. 

Cümə axşamı günü Yaponiyada 25,156 yeni yoluxma ilə rekord qırıldı. Ölkədəki xəstəxanalarda çarpayı çatışmazlığı var.

Apple-dan başqa, digər şirkətlər ofisə qayıtma proqramlarını gecikdirməyə davam edirlər. PwC, işçilərinin ABŞ ofislərinə qayıtmasını noyabrın 1 -dək təxirə salıb. Digər tərəfdən IBM, mövcud Kovid-19 şərtlərini əsas gətirərək Nyu Yorkdakı ofislərini yenidən bağlayıb.

Müəllif:Aynur Qəniyeva