“Əfqanıstanı tərk edən keçmiş Prezident Əşrəf Qani artıq siyasi bir fiqur deyil”.
“Fins.az ” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman Qani ilə bağlı vəziyyətdən danışarkən deyib.
O, Qaninin Birləşmiş Ərəb Əmirliklərində ortaya çıxması ilə bağlı suala cavabında bildirib ki, Qani artıq siyasi fiqur deyil, amma BƏƏ ilə yaxşı münasibətləri var.