DÜNYA

17 Avqust

Avrozona iqtisadiyyatı ikinci rübdə 2% BÖYÜYÜB

Avrozona iqtisadiyyatı, koronavirus tədbirlərinin yumşaldığı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 2% artıb.
Fins.az xəbər verir ki, Avropa Statistika Bürosu (Eurostat), Avropa Birliyi (AB) və Avrozonanın 2021 -ci ilin ikinci rübü üçün artım və məşğulluq nisbətləri ilə bağlı aparıcı məlumatları açıqlayıb. 

Məlumata görə, 19 üzvdən ibarət Avrozonada mövsümi Ümumi Daxili Məhsul (ÜDM) 2021-ci ilin ikinci rübündə bir əvvəlki rüblə müqayisədə 2% artıb. Avropa bölgəsində ÜDM 2021 -ci ilin ikinci rübündə 2020 -ci ilin eyni dövrü ilə müqayisədə 13,6% artıb.

AB -də mövsümi təsirdən kənarda  ÜDM, bu ilin ikinci rübündə bir əvvəlki rübü ilə nisbətdə 1,9%,  2020 -ci ilin ikinci rübü ilə müqaisədə isə 13,2 % artıb.