DÜNYA

16 Avqust

Xurma yağı rekord həddə BAHALAŞDI

Kənd təsərrüfatı məhsullarının qiymətlərində artım davam edir. Son iki ayda 40% artan Xurma yağının dəyəri yenidən rekord səviyyəyə yüksəlib. 
Fins.az xəbər verir ki,böyük istehsalçı ölkələrdən biri olan Malayziyada quraqlıq və siyasi böhran xurma yağı qiymətlərini rekord həddə çatdırıb. Xurma yağı fyuçersləri, hər ton üçün 4.630 ringgit ilə bütün zamanların ən yüksək səviyyəsinə qalxıb.

Kanola, soya fasulyesi və soya yağı da həftənin ilk ticarət günündə yüksəlib. 

Müəllif:Aynur Qəniyeva