DÜNYA

16 Avqust

Türkiyə dövlət büdcəsinin kəsiri rekord həddə artaraq 45,8 milyarda çatıb

Xəzinə və Maliyyə Nazirliyi iyul ayı üçün mərkəzi hökumətin büdcə  göstəricilərini yayımlayıb. 
İyul ayında dövlət büdcəsinin 45.8 milyard TL kəsir olduğunu açıqlayıb 

Fins.az xəbər verir ki, beləliklə, ilin ilk 7 ayında büdcə kəsiri 78,3 milyard TL -ə çatdı.

2021 -ci ilin iyul ayında mərkəzi hökumətin büdcə xərcləri 141,1 milyard TL, büdcə gəlirləri isə 95,3 milyard TL olaraq qalıb. Faiz olmayan büdcə xərcləri 117,4 milyard TL, faiz kəsiri isə 22,2 milyard TL olub. 

Dövlət büdcəsi 2020 -ci ilin iyul ayında 29.7 milyard TL kəsir göstərdiyi halda, iyun ayında   25 milyard TL kəsir olduğu açıqlanıb. 

Müəllif:Aynur Qəniyeva