DÜNYA

12 Avqust

Çin dünyanın ən işlək üçüncü limanını qismən bağlayır

Çin, Şanxaydan sonra ölkənin ikinci ən işlək limanı və dünyanın üçüncü ən işlək limanı olan Ningbo-Zhoushan limanının Meishan terminalını bağlayır.

Fins.az xəbər verir ki,Çin, işçilərindən biri koronavirusa yoluxduqdan sonra dünyanın üçüncü ən böyük konteyner limanını qismən bağlayır. Qismən bağlanma ilə, onsuz da kövrək olan təchizat zəncirini pozmaq riskini artırır və qlobal ticarət artımını təhtd edir.

GardaWorld-un hesablamalarına görə, Ningbo-Zhoushan limanının Meishan terminalından  limandakı konteyner yüklərinin 25 %-nin keçir. Bu terminalın bağlanması yüklərin daşınmasına ciddi təsir göstərəcək. 

Meishan terminalının bağlanması, son aylarda Shenzhendəki Yantian limanının koronavirus səbəbiylə bağlanmasından sonra ikinci oldu. Bazarlar, əksinə, epidemiyadan təsirlənən mal tədarükünün bu bağlanışlardan daha çox təsirlənəcəyindən narahatdır.

Lloydun göndərmə siyahısına görə, Ningbo-Zhoushan limanı Çinin ən işlək limanlarından biridir və Şanxaydan sonra dünyanın üçüncü ən işlək limanlarındır. 

İyun ayında Bloomberg HT -yə danışan mənbələr, Türkiyədən Livornoya gedən yükün 1000 Avro, Çindən Livornoya gedən yükün isə 9000 dollar olduğunu və Türkiyənin bu vəziyyətdə ciddi rəqabət üstünlüyünə sahib olduğunu bildirmişdilər.

Fitch Ratings-in məlumatına görə, epidemiya dövründə ən böyük qiymət artımı, demək olar ki, 4 dəfədən çox artımla Çin-Avropa marşrutu üzrə olub.

2020-ci ilin mart ayında 1500 dollar civarında olan 40 konteynerin qiyməti bu gün 8000 dollardan artıq olsa da, ən əhəmiyyətli yollardan biri olan Çin-ABŞ tərəfindəki qiymətlər 1300 dollardan 4300 dollara yüksəlib.

Müəliif:Aynur Qəniyeva