DÜNYA

06 Avqust

Huawei-in satışlarında böyük azalma-SƏBƏB

ABŞ-ın qadağaları ilə əlaqədar olaraq Çinin Huawei şirkətinin satışlarında 2021-ci ilin ikinci rübündə böyük azalma qeydə alınıb.

Fins.az  xəbər verir ki, şirkətin satışları 38% azalaraq 26 milyard dollara geriləyib.

Huawei-nin satışlarındakı azalma, ABŞ-ın şirkəti "qara siyahı"ya daxil etməsindən sonra ən böyük rüblük azalmadır.

Şirkətin 2021-ci ilin ilk yarısındakı satışları 52 milyard dollar ətrafında olub və mənfəət marjası 9,8% təşkil edib.

Huawei-nin İdarə heyətinin sədri Eric Xu, "Bizim məqsədimiz davamlı bir şəkildə bu çətin dövrü sovuşdura bilməkdir. Satışlarımızdakı azalma xarici faktorlardan qayanaqlanır", - deyib.

Donald Trump dövründə Çin şirkətlərinə tətbiq olunan qadağalardan sonra bu şirkətlər elektrikli avtomobil, günəş enerjisi və ağıllı şəhər kimi sektorlara yönəlib. Huawei gələn ildən etibarən 5G patentlərini istifadə etdiyi üçün Apple-dən ödəniş almağa başlayacağını da açıqlayıb.

Xiaomi, Oppo və Vivo, Huawei-nin həm Çindəki, həm də dünyada bazar payının əhəmiyyətli bir qisimini ələ keçiriblər.