DÜNYA

06 Avqust

ABŞ-ın bizə borcu olduğunu kim deyir? - Klimkin

ABŞ Kiyevlə əlaqələrə xüsusi önəm verir, lakin heç kimə də borcu yoxdur.

Fİns.az  xəbər verir ki, bu sözləri Ukraynanın sabiq xarici işlər naziri Pavel Klimkin deyib.

O bildirib ki, Vaşinqton hər şeydən öncə öz mənafeyini düşünür:

“Ukrayna sadəcə bizi maraqlandırır. Bayden amerikalılar tərəfindən ABŞ-ın mənafeyini qorusun deyə seçildi. Yəni daim Baydenin bizə xəyanət etdiyini deməyə gərək yoxdur”.

Klimkin əlavə edib ki, Vaşinqton və Berlin arasında “Şimal axını – 2” kəməri ilə bağlı əldə edilən razılaşmanın detalları çox az sayda insana məlumdur və müqavilə gələcəkdə ABŞ-a manevr etmək fürsəti qazandıracaq.