DÜNYA

26 İyul

Əlişir Usmanovun 256 milyon dollarlıq “Dilbər”-i İstanbul boğazından keçdi

Özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovun 256 milyon dollar dəyərindəki “Dilbər” adlı superyaxtası İstanbul boğazından keçib.

Fins.az xəbər verir ki, bu görüntüləri Türkiyə KİV-ləri yayıb. Yaxtanın Bodrum sahillərinə getdiyi təxmin edilir.

Usmanov 13.5 milyard dollarlıq sərvəti ilə Rusiyanın üçüncü, dünyanın 71-ci ən zəngin adamıdır.  Onun 156 metr uzunluğundakı super yaxtası 40 sərnişin üçün nəzərdə tutulub və 80-dən artıq heyət üzvü var. Yaxtada vertolyot meydançası, 3800 kvadratmetrlik yaşayış sahəsi, 20 lüks otağı və s. var.