DÜNYA

22 İyul

Dünyanın ən iri pizza şəbəkəsi 1 milyard dollar qazanıb

ABŞ-ın transmilli pizza şirkəti, dünyanın ən iri pizza restoranlar şəbəkəsi olan Domino’s cari ilin ikinci rübünün nəticələrini açıqlayıb.

Fins.az  şirkətin rəsmi səhifəsinə istinadla xəbər verir ki, gəlirlər 12,2%, yaxud 112,4 milyon dollar artaraq, 1,03 milyard dollara çatıb. Bununla da, Domino’s qlobal bazarlarda 110-cu rüb, yaxud 27 ildən artıq müddətdə ardıcıl olaraq gəlirlərini artırmağa davam edib.

Ən böyük bazar olan ABŞ-da gəlirlər 3,5% artıb.

Xalis mənfəət 1,7% azalaraq, 116,6 milyon dollar təşkil edib.

Domino’s hesabat rübündə 35-i ABŞ-da, 203-ü isə digər ölkələrdə olmaqla 238 yeni mağaza açıb.