DÜNYA

22 İyul

IBM-in gəliri proqnozdan çox olub

ABŞ-ın texnologiya şirkəti IBM-in bu ilin ikinci rübündə əldə etdiyi gəlir 3,4% artımla 18,7 milyard dollar təşkil edib.

Fins.az xəbər verir ki, şirkətin gəlirinin 18,3 milyard dollar səviyyəsində olacağı proqnozlaşdırılırdı.

IBM, 2020-ci ilin ikinci rübündə 18,1 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti isə ilin ikinci rübündə keçən ilin eyni dövrünə nisbətən 2,6% azalaraq 1,33 milyard dollara geriləyib. IBM-in xalis mənfəəti keçən ilin ikinci rübündə 1,36 milyard dollar təşkil etmişdi.