DÜNYA

22 İyul

Bayden Zelenskini qəbul edəcək

ABŞ Prezidenti Cozef Bayden avqustun 30-u Vaşinqtonda Ukraynalı həmkarı Vladimir Zelenskini qəbul edəcək.

Fins.az-ın "İnterfaks"a istinadla verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

C.Psaki bildirib: "Prezident Cozef bayden Ukrayna Prezidenti Vladimir Zelenskini avqustun 30-u Ağ Evdə qəbul etməyi səbirsizliklə gözləyir".

Mətbuat katibi həmçinin qeyd edib ki, Ukrayna liderinin ABŞ-a səfəri "enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlığımızı və V.Zelenskinin korrupsiyaya qarşı mübarizə və islahatların həyata keçirilməsi üzrə səylərinə dəstəyimizi" təsdiqləyəcək.