DÜNYA

17 İyul

Avrozonanın ticarətdən gəlirləri daha da azalıb

Avrozonanın xarici ticarətdə müsbət saldosu azalmaqda davam edir. 

Mayda ticarətdə gəlirlər 15.2 milyard avrodan 7.5 milyard avroya düşüb. Bununla yanaşı, aprel ayının 10.9 milyard avroluq göstəricisinə də düzəliş edilərək, 15.2 milyarda yüksəldilib. 

Qeyd etmək lazımdır ki, noyabr ayından ümumi trend aşağı istiqamətlidir. Oktyabrda göstərici 29.6 milyard avroya çatmışdı.