DÜNYA

05 İyul

Çin Dövlət Başçısı Merkel və Makron ilə görüşəcək

Çin prezidenti Xi Jinpingin bu həftə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Macron ilə görüşəcəyi gözlənilir.

Fins.az xəbər verir ki, son zamanlarda Avropa Birliyi ilə münasibətləri insan haqlarının pozulması səbəbindən gərginləşən Çinin Prezidenti Xi Jinping, Merkel və Macron ilə videokonfrans vasitəsilə görüşəcək. İclasda müzakirə ediləcək mövzular məlum deyil.

Xi Jinping, 30 dekabr tarixində Avropa Birliyinin yüksək səviyyəli liderləri ilə görüşüb investisiya müqaviləsi imzalandı, lakin müqavilə qüvvəyə minməyib. 

Çin Xarici İşlər Nazirliyi, Alman və Fransa rəsmiləri mövzu ilə əlaqədar şərh verməyiblər. 

Çin ilə AB arasındakı münasibətlər bu il Çinin uyğurlara qarşı insan haqları pozuntuları səbəbiylə pisləşib. və hər iki tərəf qarşılıqlı şəkildə sanksiyalar tətbiq edib.

G7 və NATO görüşlərindən sonra yayımlanan bəyannamələrdə Çinin qlobal nizama qarşı çıxmasından narahatlıqlar ifadə edilib. 

Müəllif: Aynur Qəniyeva