DÜNYA

05 İyul

Türkiyədə qiymətlər kəskin artıb

Türkiyə Statistika Komitəsi iyun ayına dair istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.

Fins.az xəbər verir ki, iİstehlakçı qiymətləri İyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə 17,53%, istehsalçı qiymətləri indeksi isə 42,89% artıb.

İstehlakçı inflyasiyası 2 ilin ən yüksək səviyyəsinə çıxıb (May 2019-dan bu yana ən yüksək səviyyəyə). İstehlakçı inflyasiyası ilə istehsalçı inflyasiyası arasındakı fərq bütün zamanların ən yüksək səviyyəsini görüb.

İstehlakçı qiymətləri indeksi may ayı ilə müqayisədə iyunda 1,94% artıb.