DÜNYA

18 İyun

Dünyanın ən zəngin adamı dəyişdi- 200 Milyard Dolları Var

"LVMH" şirkətlər qrupunun prezidenti (Louis Vuitton Moet Hennessy) fransız Bernard Arno bir ay ərzində ikinci dəfə dünyanın ən zəngin insanları siyahısında "Amazon" qurucusu Cef Bezosu ötüb.

Fins.az-ın məlumatına görə, bu barədə "Forbes" xəbər yayıb.

72 yaşlı fransızın sərvəti son sutkada 1,4 milyard dollar artaraq 200 milyard dolları keçib və Bezosun sərvətini 100 milyon dollar üstələyib. Aprel ayında "LVMH" prezidentinin aktivləri qiymətli kağızlar daxil olmaqla 150 milyard dollar təşkil edib ki, bu da son iki ayda B.Arnonun qazancının 50 milyard dollardan çox təşkil etdiyini bildirir.(trend)