DÜNYA

18 İyun

Bayden bu tarixi federal bayram elan etdi

ABŞ Prezidenti Co Bayden ölkədə qulların azad edilməsi günü kimi qeyd olunan 19 iyun tarixini federal bayram elan edilməsi haqqında fərman imzalayıb.

Bu barədə “Fins.az” TASS-a istinadən xəbər verir.

Qərara əsasən, iyunun 19-u artıq rəsmi olaraq istirahət günü hesab olunur.

Bu il iyunun 19-u şənbə gününə təsadüf etdiyindən istirahət günü iyunun 18-nə keçirilir.