DÜNYA

16 İyun

\"Trendyol\" 2 milyard dollar sərmayə cəlb edir

Çinin "Alibaba" şirkətinin hakim ortaq olduğu e-ticarət şirkəti "Trendyol" 2 milyard dollarlıq sərmayə axtarışındadır.

"Fins.az" "Reuters"ə istinadən xəbər verir ki, şirkətin sərmayə danışıqlarında "Softbank" və "General Atlantic" iştirak edir. "Reuters"ə danışan mənbəyə görə, maliyyələşmənin iyun ayında tamamlanması gözlənilir. "Trendyol"un 2023-cü ildə səhmlərinin ilkin kütləvi təklifi (İPO) nəzərdə tutulur.

Aprel ayında da şirkətin 1 milyard dollarlıq sərmayə turuna çıxdığı bildirilmişdi.

Sonuncu dəfə "Alibaba" şirkətə 350 milyon dollar sərmayə yatırıb, şirkətin dəyəri də 11 milyard dollara yüksəlib.

2018-ci ildə 728 milyon dollarlıq sərmayə ilə "Trendyol"un təxminən 75%-ini alan "Alibaba Group", 2018 və 2020-ci illərdə əlavə sərmayələrinin  ardından 24 Mart 2021-ci il tarixində yatırdığı son sərmayə ilə şirkətdəki payını 86,5%-ə qədər çatdırmışdır.