DÜNYA

10 İyun

ABŞ Çinlə ticarəti və investisiyaları artırır

Çin və ABŞ Ticarət Nazirləri, ticarət danışıqlarında investisiya əməkdaşlığını genişləndirmək üçün qərar qəbul edib.
Fins.az xəbər verir ki,Bayden hökumətinin Çinlə görüşlərində iki ölkə arasıda ticarət və investisiya sahəsində irəliləməyə qərar verilib. 

Çin Ticarət Naziri Wang Wentao və ABŞ-lı həmkarı Gina Raimondo, telefon söhbətində ticarət və investisiya mövzusunda "sağlam irəliləyiş və əməkdaşlıq təmin etmək" barədə razılığa gəliblər.

Çin hökuməti mövzu ilə əlaqədar verdiyi açıqlamada, tərəflərin müəyyən mövzular və narahatlıq doğuran sahələr üzrə praqmatik fikir mübadiləsi apardıqlarını bildirib.

İki Nazir bundan əvvəl iki dəfə bu mövzuda danışıqlar aparmışdı

Müəllif:Aynur Qəniyeva