ABŞ-ın İranın neft sektoruna tətbiq olunan sanksiyaları ləğv etmək üçün bir razılıq əldə olunmayıb.
İran rəsmisi Mahmud Vaezi, ABŞ ilə iqtisadiyyata dair danışıqlarda irəlilədiklərini, ancaq sanksiyaların ləğvi üçün bir razılığa gələ bilmədiklərini bildirib.
Vaezi, 2015-ci il nüvə anlaşmasının düzəldilməsinə dair danışıqların İranın neft sektoruna tətbiq etdiyi embarqonun ləğvi üçün fikir birliyinə gələ bilmədiyini açıqlayıb.
Danışıqların növbəti raundu bu həftə sonu Vyanada baş tutacaq.
Müəllif:Aynur Qəniyeva