DÜNYA

08 İyun

Azərbaycanın qonşusu olan bu ölkədə qiymətlər sürətlə BAHALAŞIR

2021-ci ilin May ayında Rusiyada inflyasiya yenidən sürətlənməyə başlayıb.

Fins.az "Rosstat"ın yaydığı məlumata istinadən xəbər verir ki, qonşu ölkədə uşaq bezlərindən tabutlara qədər malları əhatə edən geniş bir səbət ilə ölçülən istehlak qiymətləri indeksi illik 6.02% artıb. 

2016-cı ilin Oktyabr ayından bəri ilk dəfə həm ərzaq, həm də qeyri-ərzaq mallarının qiymətlərinin sürətlə artması sayəsində illik inflyasiya 6% səviyyəsini aşıb.

İnflyasiya "atəşinin" episentri  may ayında qiymətlərin 1,04% (aprel ayında 0,84%-dən sonra), ötən ilin may ayı ilə müqayisədə isə 8,07% artdığı əsas qida bazarıdır.

2020-ci ilin May ayı ilə müqayisədə çörək 8,26%, ət və quş əti 10,92% bahalaşıb. Toyuq qiymətlərindəki artım 19,85%-ə çatıb. 

Balıqlar 12,56%, günəbaxan yağı 27,94%, şəkər 41,54%, tərəvəzlər 8,23% bahalaşıb.