DÜNYA

07 İyun

Keçmiş baş direktor şirkətə 11 milyon avro təzminat ödəyəcək

Almaniyaın avtomobil istehsalçısı Volkswagen-in dizel motorlu avtomobillərində 2015-ci ildə ortaya çıxan emissiya skandalının ardından vəzifəsindən ayrılmaq məcburiyyətində qaln keçmiş Baş direktor (CEO) Martın Winterkorn, şirkətə 11 milyon avro maddi təzminat ödəyəcək.

Fins.az xəbər verir ki, Volkswagen İdarə heyəti, "Dieselgate" skandalında "səhlənkarlıqda" və "şirkəti zərərə məruz qoymaqda" günahlandırılan sabiq Baş direktorun ödəyəcəyi təzminat mövzusunda razılaşma təmin edildiyini və "dostanə həllə" gedildiyini açıqlayıb.

"Dieselgate" skandalı necə ortaya çıxdı ?

ABŞ Ətraf Mühiti Qoruma Agentliyi 2015-ci ilin sentyabr ayında Volkswagenin emissiyanı manipulyasiya etdiyini və şirkətin dizel avtomobillərinin normal səviyyədən 40 dəfə çox atmosferi çirkləndirdiyini açıqlamışdı.

Tərkibində Volkswagen, Audi, Porsche, Bentley, Lamborghini, Seat, Skoda, Bugatti, Scania və Man kimi markaları olan Volkswagen Qrupu, uzun müddət dizel emissiyası skandalı ilə gündəmi məşğul etmiş və milyonlarla avtomobilini geri çağırmaq məcburiyyətində qalmışdı.

Təxminən 11 milyon dizel motorlu avtomobilin emissiya sistemində yanıldıcı proqram istifadə edildiyini qəbul edən Volkswagen, ABŞ-dakı məhkəmə tərəfindən 4,3 milyard dollar cərimələnmışdir.

Ödənən təzminatlar və bazardan geri çağırılan avtomobillərlə birlikdə bu skandalın şirkətə xərcinin 32 milyard avro ətrafında olduğu təxmin edilir.