DÜNYA

01 İyun

Türkiyə makaron və yarma ixracına məhdudiyyət tətbiq etdi

Türkiyədə Rəsmi Qəzetdə dərc olunan Ticarət Nazirliyinin qərarına görə, makaron, yarma və buğda manna yarması ixracı qeydiyyata bağlı mallar siyahısına daxil edilib.

Fins.az xəbər verir ki, siyahıda olan malların ixracı, İxrac müdiriyyətinin qərarları əsasında reallaşdırılır.

Türkiyə Makaron İstehsalçıları Assosiasiyasının (MÜSAD) məlumatlarına görə, 2019-cu ildə Türkiyənin makaron ixracı 651 milyon dollar təşkil edib. Pandemiyanın olduğu 2020-ci ildə isə bu rəqəm 814 milyon dollara yüksəlmişdir.