DÜNYA

01 İyun

Bayden Putinə xəbərdarlıq etdi – Kremldən açıqlama gecikmədi

ABŞ Prezidenti Co Bayden və rusiyalı həmkarı Vladimir Putinin gündəmləri üst-üstə düşmür.

Fins.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“ABŞ və Rusiyanın gündəmləri üst-üstə düşmür, amma ənənəvi olaraq Amerika tərəfinin qaldırdığı suallara cavab verməyə hazırıq. Təəssüf ki, əks tərəfin hazırlığı qənaətbəxş deyil”, - Ryabkov qeyd edib.

Qeyd edək ki, Bayden bundan əvvəl Putinlə insan haqları məsələsini müzakirə etmək niyyətində olduğunu bildirib: “Prezident Putinlə bir neçə həftə sonra Cenevrədə görüşəcəyəm. Ona insan hüquqlarının pozulmasına imkan verməyəcəyimizi açıqlayacağam”.

Rusiya və ABŞ prezidentləri arasında görüş iyunun 16-da Cenevrədə baş tutacaq.