DÜNYA

31 May

Türkiyə iqtisadiyyatında artım proqnozu üstələdi

Türkiyə Statistika Komitəsi (TÜİK) 2021-ci ilin ilk rübünə dair ümumi daxili məhsul məlumatlarını açıqlayıb. Türkiyə iqtisadiyyatı 2021-ci ilin ilk rübündə 7% artıb.

Fins.az xəbər verir ki, iqtisadçılar iqtisadi artımın 6,7% olacağını gözləyirdilər.

Türkiyə iqtisadiyyatı 2020-ci ildə 1,8%, 2020-nin son rübündə isə 5,9% artmışdı.

2021-ci ilin ilk rübündə Türkiyədə aqrar sektor 7,5%, sənaye sektoru 11,7%, xidmətlər sektoru 5,9%, inşaat sektoru 2,8% böyüyüb.

© Marja