DÜNYA

27 May

Ceff Bezos bu tarixdən “Amazon”un rəhbəri olmayacaq

Amerikanın “Amazon” şirkətinin baş direktoru Ceff Bezos iyulun 5-də vəzifəsindən gedəcək.

Fins.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilir ki, Bezos bunu səhmdarların iclasında deyib.

Ondan sonra baş direktor vəzifəsini Endi Cessi icra edəcək. Hazırda Cessi “Amazon”un veb xidmətlərinə rəhbərlik edir. Bezos iyulun 5-dən sonra şirkətin icraçı sədri olacaq və əsas diqqətini yeni layihə və təşəbbüslərə yönəldəcək.

Xatırladaq ki, Bezos bu ilin fevralında baş direktor postundan gedəcəyini elan etmişdi. 54 yaşlı Bezos “Amazon”un əsasını 1994-cü ildə qoyub. Həmin vaxtdan o, dünyanın zəngin insanları siyahısına düşüb. Hazırda onun sərvəti 177 milyard dollardır.