DÜNYA

26 May

BMT-dən Putin-Bayden görüşü ilə bağlı açıqlama

“ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşə dəstək verməyə hazırıq”.

Fins.az xəbər verir ki, bu barədə BMT-nin yaydığı açıqlamada deyilir.

“BMT-nin Cenevrə Ofisi liderlər zirvəsinin Cenevrədə keçirilməsindən çox məmnundur. Bu, Cenevrənin yüksək səviyyəli tədbirlər üçün üstünlük verilən bir məkan olaraq rolunu təsdiqləyir.

Əlbəttə, görüşü dəstəkləmək üçün hər şeyi etməyə hazırıq”, - açıqlamada deyilir.