“Böyük yeddilik” (G7) yanacaq kimi kömürdən istifadəni dayandırmağa qərar verib və bununla da siyasətini Paris iqlim sazişinin hədəfləri ilə uyğunlaşdırıb. Bu barədə “Bloomberg” agentliyi məlumat verib.
İmtina qərarı “G7” ölkələrinin ekologiya, iqlim və ətraf mühit nazirlərinin (Fransa, Böyük Britaniya, ABŞ, İtaliya, Almaniya, Yaponiya və Kanada) 21 may tarixli iclasında qəbul edilib. Eyni zamanda müəyyən istisnalara yol verilir. Məsələn, hələki məhdudiyyətlər yalnız kömür layihələrinə qoyulan dövlət investisiyalarına şamil edilir.
Qeyd olunan ölkələrin üzərinə “2020-ci illərdə atmosferə zərərli emissiyaların əhəmiyyətli dərəcədə azaldılması barədə öhdəliklər” götürəcəkləri bildirilir. Bu öhdəliklərin tam olaraq nə demək olduğu açıqlanmır.
Yaponiya 2019-cu ilin sonunda “G7” ölkələrinin ümumi dəyəri 6.6 milyard dollar olan müqavilələrin yarısına qarşı çıxıb. Nəticədə ölkə cəmiyyətin digər üzvləri ilə güclərini birləşdirməyə razı olub.
2015-ci il Paris iqlim sazişinə əsasən dünya ölkələri qlobal istilik artımını ildə 1.5 dərəcə Selsi səviyyəsində saxlamaq üçün aktiv hərəkətə keçməlidirlər.