DÜNYA

18 May

Ağ Ev İsrailə 735 milyon dollar dəyərində silah satışını təsdiqləyib

ABŞ prezidenti Cozef Baydenin administrasiyası İsrailə 735 milyon dollar dəyərində olan yüksək dəqiqlikli silahın satışını təsdiqləyib.

Fins.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Konqres mayın 5-də, yəni İsrail ordusu ilə Fələstin radikalları arasında qarşılıqlı raket zərbələri başlamazdan bir neçə gün əvvəl bu barədə müvafiq bildirişi alıb.

© Report