DÜNYA

17 May

Dünyada son sutkada koronavirusa  yluxanların sayı açıqlanıb

Dünyada son sutka ərzində 658 585 nəfər koronavirusa yoluxub, 12 034 nəfər ölüb.

Fins.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 162 177 376 yoluxma hadisəsi, 3 364 178 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın çoxu Cənub-Şərqi Asiyanın (327 745) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (211 264) ilə Avropa (76 828) bölüşür.