DÜNYA

12 May

Türkiyədə “Sinovac” vaksininin istehsalı gözlənilir

Çinin “Sinovac” vaksininin Türkiyə daxil olmaqla beş ölkədə istehsalına icazə verilib.

Fins.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə istehsalçı şirkət açıqlama yayıb.

Qeyd edək ki, Türkiyədə COVID-19 infeksiyasına qarşı kütləvi vaksinləşmə davam edir. Qrafik üzrə tətbiq olunan “Sinovac” vaksinin sayı 30 milyona yaxınlaşır.

Türkiyə hökuməti yaxın aylarda ölkə əhalisi sayının 3 misli qədər, yəni 240 milyon doza civarında vaksin tədarük etmək niyyətindədir. Bunun üçün fərqli şirkətlərə məxsus vaksinin əldə etmək, eləcə də yerli istehsala başlamaq istiqamətində mühüm addımlar atılır.