DÜNYA

12 May

Gürcüstanın aviasiya yanacağının 6,2 faizini Azərbaycan təmin edib

Bu ilin yanvar-aprel aylarında Gürcüstanın aviasiya yanacağının 6,2 faizini Azərbaycan təmin edib.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalatçıları Birliyindən məlumat verilib.

İlk dörd ayda Gürcüstanın tədarük etdiyi aviasiya yanacağının ümumi həcmi illik müqayisədə 16,9 faiz azalaraq 16,2 min ton təşkil edib.

 

© azertac