DÜNYA

12 May

Gürcüstanda benzinin qiyməti rekord həddə çatıb

Gürcüstanın əksər brend yanacaqdoldurma məntəqələrində “Super” markalı benzinin bir litrinin qiyməti 3 larini (1,48 manat) ötüb.

Bu yanacaq bazarında rekord həddir.

Beynəlxalq bazarlarda neftin bahalaşması və larinin ucuzlaşması ilə aşağı keyfiyyətli yanacaq növlərinin də qiymətlərinin artacağı gözlənilir.

Hazırda qonşu ölkədə benzinin ən aşağı qiyməti bir litr üçün 2,74 lari (1,35 manat) təşkil edir.