DÜNYA

08 May

"Airbus"ın təyyarə tədarükü apreldə 38%-dək azalıb

Avropanın təyyarə istehsalı olan “Airbus” şirkəti cari ilin aprel ayında 30 müştəriyə 45 təyyarə təhvil verib ki, bu da mart ayına nisbətən 37,5% azdır.

Fins.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Xüsusilə, ötən ay şirkət 3 “Airbus A220” təyyarəsini, A320 ailəsinə məxsus 34 layneri (31neo), 2 “A330neo” və 6 “Airbus A350” təyyarəsini müştərilərinə çatdırıb.

Eyni zamanda, təyyarələr üçün sifarişlərin sayı hesabat ayında 1,7 dəfə artıb – mart ayındakı 28-dən 48 təyyarəyə.

İlin əvvəlindən bu yana “Airbus” 55 müştəriyə 170 təyyarə çatdırıb və 87 sifariş alıb.

© APA