DÜNYA

09 May

II dünya müharibəsinin başlanmasının başlıca səbəbləri

Fins.az ikinci dünya müharibəsinin başlanmasına əsas səbəb olan amilləri təqdim edir

Birinci Dünya müharibəsindən sonra qalib dövlətlərin yaratdıqları Versal - Vaşinqton sisteminin çox sərt və alçaldıcı olması

Avropanın mərkəzində, Almaniyada qisasçılıq və militarizm ideyasının yüksək dərəcədə inkişaf etməsi

Hitler"reyx"inin irqçilik, "dəyərsiz xalqları" əsarət altına almaq siyasəti, ümumən dünya ağalığına nail olmaq iddiaları

Qərb dövlətlərinin, xüsusən İngiltərəvə Fransanın nasizmin bəşəriyyət üçün təhlükə olmaq mahiyyətini dərk etməmələri, hətta onu şirnikləndirmək və sakitləşdirmək siyasətləri

İri dövlətlərin, o cümlədən ABŞ-ın "qarışmamaq" mövqeyi tutmaları

ABŞ başda olmaqla iri dövlətlərin Almaniyanın iqtisadi-hərbi cəhətdən dirçəlməsinə yardım etmələri

Sosializmə nifrət edən burjua-demokratik ölkələrin SSRİ ilə birlikdə faşizmə qarşı vaxtında alternativ ittifaq yaratmaq zəruriyyətini dərk etməmələri

SSRİ-nin müharibəni özündən uzaqlaşdırmaq üçün Almaniyaya güzəştlər etməsi, hətta onunla iqtisadi əlaqələr yaratması

30-cu illərin axırları üçün Avropada və Şərqdə hərbi-sənaye komplekslərinin olmazın dərəcədə şişməsi və i.a.