DÜNYA

08 May

Dünyanın ən bahalı yaxtası - FOTO

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən özünütəcrid müddətində zəngin insanların əksəriyyəti super yaxtalarda yaşamağa üstünlük verib.

“Demirören Haber Ajansı” (DHA) qısa müddət ərzində bir neçə məşhurun yaşadığı və dünyada ən baha qiymətə kirayə verilən “Christina O” yaxtasının fotolarını dərc edib.

Yaxtanın sahibi Aristotel Onassis adlı yunanıstanlı sahibkardır.

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin müddətindən bu günə qədər yalnız yeddi nəfərin yaxtanı kirayələdiyi bildirilir. Lakin bu şəxslərin adları ictimaiyyətə açıqlanmır.