DÜNYA

08 May

Yerli superkompüter hazırlanıb

İran məhsuldarlığı bir neçə petaflops olan öz superkompüterini sınaqdan keçirib.

Fins.az xəbər verir ki, bunu İranın Rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cəhromi “Twitter”də səhifəsində yazıb. Bildirilir ki, lazımi hesablama imkanlarını təmin etmək üçün iranlı mütəxəssislər məhsuldarlığı bir neçə petaflops təşkil edən “Simurq” superkompüterini hazırlayıblar və sınaqdan keçiriblər.

Qeyd edilib ki, İran 10 ildən çoxdur ki öz superkompüteri üzərində işləyir, hələ 2000-ci illərin əvvəllərində ilk modellər haqqında məlumat verilmişdi, ancaq məhsuldarlığı bir neçə petaflops olan superkompüter haqqında informasiya ilk dəfə açıqlanıb. Məlumatı “Nauka.tass.ru” yayıb1