Bu ilin I rübündə Gürcüstandan 9 əcnəbi deportasiya edilib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.
Sənədə əsasən, illik müqayisədə Gürcüstandan çıxarılan xarici ölkə vətəndaşlarının sayı 16 nəfər azalıb.
Yanvar-martda qonşu ölkədən deportasiya edilənlərin 1-i Azərbaycan vətəndaşı olub. Həmin şəxs 41-65 yaş qrupuna daxil olan kişidir.
Qeyd edək ki, ötən il Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı 7 nəfər təşkil edib ki, onların da ikisi I rübün payına düşüb.