DÜNYA

06 May

Türkiyənin türkdilli ölkələrə ixracı artıb

2021-ci ilin yanvar-mart aylarında Türkiyənin türkdilli ölkələrə ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz artaraq 1,599 milyard dollar təşkil edib.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Mart ayında Türkiyənin türkdilli ölkələrə ixracı 2020-ci ilin martı ilə müqayisədə 47,9 faiz artaraq 596,617 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin türkdilli ölkələrdən idxalı 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 39 faiz artaraq 1,094 milyard dollar təşkil edib.

Mart ayında Türkiyənin türkdilli ölkələrdən idxalı 2020-ci ilin martı ilə müqayisədə 64,2 faiz artaraq 422,931 milyon dollara bərabər olub.

 © Trend