DÜNYA

03 May

ABŞ İranın 7 milyard dollarını qaytarır - Razılaşma

ABŞ hökuməti razılaşma əsasında İranın 7 milyard dollarlıq aktivini bərpa edə bilər.

Fins.az xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı məlumat yayıb.

Bildirilib ki, Tehran və Vaşinqton eyni zamanda qarşılıqlı olaraq 4 nəfəri azad etməklə bağlı da razılaşıblar.

Böyük Britaniyanın da İrana məxsus 400 milyon funt-sterlinqlik aktivi bərpa edəcəyi vurğulanıb.