Bu ilin yanvar-fevral aylarında Rusiyadan Türkiyəyə 5 051,09 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da illik müqayisədə 52% çoxdur.
Yanvar-fevral ayında Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.
Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-fevral aylarında Rusiyadan 3 322,14 mln. kubmetr qaz idxal edib.
Xatırladaq ki, 2020-ci ildə Rusiyadan Türkiyəyə 16 176,34 mln. kubmetr "mavi yanacaq" ixrac olunub.
© APA