ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüş üçün ilkin şərtlər irəli sürüb-sürməyəcəyi ilə bağlı suala cavab verməkdən imtina edib.
Fins.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri belə cavab verib:
“Mən bunu başqa vaxt müzakirə edəcəyəm”.
Xatırladaq ki, Bayden Putinə üçüncü ölkədə görüşməyi təklif edib. Görüşün iyunda keçirilməsi ehtimalı var.