DÜNYA

23 Aprel

Aİ Latviyaya 2 milyard avroyadək vəsait ayırıb

Avropa İttifaqı (Aİ) Latviyaya 2 milyard avroyadək vəsait ayırıb. Bildirilir ki, tələb olunan vəsaitləri əldə etmək üçün Latviya bərpa və sabitlik planını hazırlamalı və bunu Avropa Komissiyası ilə razılaşdırmalıdır. Planın aprelin sonunadək Avropa Komissiyasına göndəriləcəyi, razılaşmanın iki ay sürəcəyi, daha sonra isə planın Aİ Şurasında təsdiqi üçün təqdim ediləcəyi ehtimal edilir

Fins.az “Frans-Press”in məlumatına əsasəs xəbər verir ki, bu bəyanatla Latviyanın Baş naziri Krişyanis Karins çıxış edib. O deyib ki, həmin vəsait sayəsində gələcəkdə ölkədə iqtisadi inkişaf planları həyata keçiriləcək. Qeyd edək ki, Latviyanın maliyyə nazirinin müşaviri İnts Dalderis məsələ ilə bağlı deyib ki, ölkənin əvvəlki Aİ Bərpa və Dayanıqlılıq Fondundan (RFF) tələb planı 1,65 milyard avro təşkil edib. Lakin yenidən gözdən keçirilmiş planda Avropa Komissiyası və sosial tərəfdaşların təklifləri nəzərə alınaraq, Latviyada özəl sektora daha çox dəstək verilməsi və sosial sabitliyin möhkəmləndirilməsi nəzərdə tutulub. Məlumata görə, yenidən müzakirə edilmiş planda iqlim və enerji üzrə Milli Planda nəzərdə tutulmuş tədbirlərə, həmçinin 2021-2027-ci illər üçün milli sənaye siyasətinin prioritetlərinə daha çox diqqət yetiriləcək. Yeri gəlmişkən, plana yenidən baxıldıqdan sonra Latviya üçün müəssisələrin birbaşa dəstəyi 40 faiz artaraq 643,21 milyon avroya qaldırılıb, dövlət sifarişi isə 1,15 milyard avroya endirilib.