DÜNYA

23 Aprel

300 milyon dollar yardım

ABŞ dövlət katibi Entoni Blinken müsahibəsində deyib ki, rəsmi Vaşinqton bu il Əfqanıstana 300 milyon dollar yardım ayıracaq.

Fins.az xəbər verir ki, onun sözlərinə görə, həmin vəsait iqtisadi artıma, korrupsiya və narkotrafiklə mübarizəyə, həmçinin səhiyyə və təhsil sisteminin inkişafına yardım etməyə yönəldiləcək. E. Blinken deyib: “Biz qoşunların çıxarılması ilə möhkəm sülhü irəlilətmək üçün iqtisadi və mülki xarakterli köməyə davam edəcəyik”. Xəbəri “Bloomberg” verib.