Cənubi Koreyanın “LG Energy Solution” və ABŞ-ın “General Motors” şirkətləri birgə elektrik batareyaları zavodu inşa edəcəklər.
Fins.az xəbər verirki, bunun üçün 2,3 milyard dollar sərmayə ayrılıb. Bildirilir ki, “Ultium Cells” müəssisəsinin tabeliyində fəaliyyət göstərəcək yeni zavodun illik istehsal gücü 500 min batareya olacaq. Xəbəri “Bloomberg” verib.
